Nanə Ağamalıyeva ərə gedir

26 May 2014 11:30 (UTC+04:00)
ATV-dən ayrılan aparıcı Nanə Ağamalıyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır.

Mövqe.az xəbər verir ki, tele-aparıcının Türkiyədə toya hazırlaşdığı deyilir. Bu barədə adının açıqlanmasını istəməyən Nanənin keçmiş iş yoldaşı məlumat verib: " Bəli Nanənin həyatında biri var. Nanə toya hazırlaşır. O da nəhayət ki, ailə həyatı quracaq".

Qeyd edək ki, aparıcı Türkiyəyə hansısa layihə üçün getdiyini və geri dönəcəyini bildirsə də, hələki Vətənə qayıtmayıb. Hətta aparıcının Türkiyəyə təməlli daşındığını da deyirlər.

AzNews.az