Ramiz Novruz təqsiri Rövşanənin üstünə atdı- Açıqlama

26 May 2014 12:37 (UTC+04:00)
"Qurana əl basaram, balalarımın başına and olsun ki, mən o çıxışda öz mövqeyimi səsləndirmişəm. Aciz aktyor deyiləm ki, kiminsə sifarişini həyata keçirəm".

Bunu AzNews.az-a xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz deyib. O, deyir ki, "Bazar səhəri Rövşanə ilə" verilişində sənət yoldaşı aktyor Əli Nurun adını aparıcı çəkib: "Mən ad çəkmədim. Dedim ki, aktyorlar mətbuatda çox danışırlar. Aktyor adına yaraşmayan çox işlər görürlər. Əli Nurun adını isə ümumiyyətlə, çəkmədim. Rövşanə xanım soruşdu ki, Əli Nuru deyirsiniz? Dedim biri də o. İstəyirəm ki, düz danışsınlar".

Aktyor bildirdi ki, Ə.Nuru sözügedən veriliş başa çatanda görüb. Onun sözlərinə görə, Əli Nur R.Novruza yaxınlaşaraq, həyacanlı halda "səni məhkəməyə verib iki milyon alacam"-deyə bildirib:

"Mən də dedim ki, sənə iki milyon lazımdısa məhkəməyə getmə, gəl, verim apar. Pavliyonda nə baş verdiyini görmədim, nə də eşitmədim. Biz Əli Nurla əlbəyaxa olmamışıq. Bu nə mənim, nə də onun əxlaqına yaraşmaz. Əli Nur xəstədir, dizindən əməliyyat olunub. Mən bu vəziyyətdə heç ona yaxın duraram?"

Bahar Rüstəmli
AzNews.az