Bakıda atəşfəşanlıq olacaq
26 May 2014 14:19 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edəcək.
İcra Hakimiyyətindən verilən məlumata görə, mayın 28-də Dənizkənarı Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert saat 21:00-da başlayacaq və 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir.
AzNews.az