Aydın Əliyev vətəndaşları qəbul edəcək

26 May 2014 14:43 (UTC+04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, DGK-nın sədri, gömrük xidməti general-leytenantı A.Əliyev mayın 30-da saat 11:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi, 8) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzNews.az