Kralın nəvəsi pilot olacaq

26 May 2014 17:06 (UTC+04:00)

II Yelizavetanın nəvəsi hələ kral ailəsi üzvü səlahiyyətlərini icra etməyə hazır olmadığını bildirib. Ölkədə və xaricdəki səfərlər, xeyriyyəçilik tədbirlərində iştirak kraliçanın nəvəsinin ürəyincə deyil.

AzNews.az "segodnya.ua"ya istinadən xəbər verir ki, Uilyam artıq planları barədə II Yelizaveta ilə məsləhətləşib. Yaxın zamanlarda o, kommersiya aviasiyasının pilotu lisenziyasını almağa hazırlaşır. Belə ki, əksər britaniyalı hərbi pilotlar istefadan sonra belə edirlər. Ehtimal olunur ki, qısa zamandan sonra Uilyam şərqi İngiltərənin tibbi yardım xidmətinin pilotu vəzifəsində çalışacaq. Bu regionda şahzadə və onun xanımı hersoqinya Keytin "Anmer Hall" şəhərkənarı iqamətgahı yerləşir. Bu xidmətin pilotları günə 10 saat olmaqla 5 günlük növbə ilə işləyirlər. Sonra 3 gün istirahət edirlər.

Xatırladaq ki, 1 il əvvəl şahzadə Uilyam hərbidən çıxıb. Burada o, xilasedici təyyarənin pilotu vəzifəsində çalışırdı.

Aydan Axundova
AzNews.az