Xoşqədəmin evini sökdürdüyü qonşusu: “Bu xəbərə pis oldum”

26 May 2014 15:10 (UTC+04:00)
Suriyada yaralanan teleaparıcı Xoşqədəm Hidayətqızı ilə qonşu olan Saray qəsəbə sakini Xəqani Hüseynov bir neçə dəqiqə öncə AzNews.az-ın redaksiyasına zəng vurararaq teleaparıcının həyatından narahat olduğunu deyib:

"Allah ona kömək olsun. Heç bir bəndənin pis gününü istəmərəm. Doğrudan da bu xəbərə pis oldum. Çünki düşmən deyilik. Baxmayaraq ki, düşmən də düşmənin evini o hala qoydurmazdı. Bizim gücümüz olmasa da, haqqımız var. İstənilən halda onun tezliklə sağalıb işinə və ailəsinə qovuşmağını istərdim"

Qeyd edək ki. X.Hüseynov bir neçə gün öncə redaksiyamıza gələrək X.Hidayətqızının onun evini sökdürdüyünü bildirmişdi.

İntiqam Valehoğlu
AzNews.az