Ermənistanda zəlzələ oldu

26 May 2014 19:27 (UTC+04:00)
Bu gün günorta saatlarında Ermənistanda zəlzələ baş verib.


AzNews.az Anspress-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 14:11-da baş vermiş zəlzələnin maqnitudası 3,3 olub.

Zəlzələnin episentri Stepanavan şəhərindən 14 kilometr qərə yerləşib. Episentrdə təkanların gücü 4-5 bal olub. Zəlzələnin hiposentri 10 km dərinlikdə yerləşir.

Zəlzələ Vanadzorda (keçmiş Kirovakan) 4 bal, Stepanavanda - 3-4 bal, Aşotskda 3 bal olub.

AzNews.az