Poroşenko 58,21% səslə prezident seçildi

26 May 2014 20:30 (UTC+04:00)
Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş prezident seçkilərinin ikinci turuna ehtiyac olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, Ukrayna MSK səsvermə protokollarının 85%-ni hesablayıb.

Səsvermənin nəticəsinə görə Petro Poroşenko seçicilərin 58,21% səslərini toplayaraq prezident seçilib.

Sabiq baş nazir Yuliya Timoşenko - 13,05%, Radikal partiyasının rəhbəri Oleq Lyaşko 8,44% səs toplayıblar.

Dördüncü və beşinci yerləri Anatoli Qritsenko (5,41%) və Sergey Tiqipko (5,28%) tutublar.

Oxendovski seçkilərdə iştirak etmiş namizədlər tərəfindən MSK-ya şikayət və qanun pozuntusu haqda məlumat daxil olmadığını bildirib.

AzNews.az