Prezident yüksək rütbəli məmurlara yaşıl işıq yandırdı

4 Sentyabr 2012 16:31 (UTC+04:00)


Putin dövlət dumasına yeni qanun layihəsi göndərib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Vladimir Putin yüksək rütbəli məmurların iş yaşını 70-çatdırmağı təklif edir. Qanun layihəsi onunla əsaslandırılır ki, yaşlı məmurlar daha böyük təcrübəyə və kvalifikasiyaya sahib olduqlarından onlara işləmək üçün qanuni imkan yaradılmalıdır.

Qeyd edək ki, hal hazırda Rusiya Federasiyasında dövlət qulluğunda yuxarı yaş həddi 60-dır. Xüsusi icazə və hər il artırmaq şərti ilə yuxarı yaş 65-ə qədər qaldırıla bilər.

Sadiq
AzNews.az