Bakı-Sumqayıt yolu bağlanıldı- ETİRAZ

27 May 2014 09:48 (UTC+04:00)
Binəqədi şosesi ətrafında yaşayan əhali Bakı-Sumqayıt yolunu bağlayıb.

Hadisə yerində olan əməkdaşımızın Axar.az-a verdiyi məlumata görə, sakinlərin yolu bağlamasına səbəb uzun müddətdir içməli suyun verilməməsidir. Sakinlərin sözlərinə görə, onlara yeni xətlər çəkiləndən sonra suyun veriləcəyi deyilib. Lakin 1 aydır nə yeni xətt çəkilir, nə də su verilir. Hadisə yerinə rəsmilərdən heç kim gəlməyib.

AzNews.az