Nazirlər Kabineti məhkəməyə verildi

27 May 2014 12:48 (UTC+04:00)
Azərbaycanda Nazirlər Kabineti məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, bu barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin rəsmi saytında xəbər yerləşdirilib. Məlumatda qeyd olunur ki, Əlövsət Yaqubov adlı vətəndaş və digərləri Nazirlər Kabinetini, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Vətəndaşlar adıçəkilən qurumlardan çıxarışın verilməsini tələb edirlər.

Bakı şəhər İcra Hakimiyyəti "Dostluq İnşaatçı" müəssisəsi tərəfindən də məhkəməyə verilib. Müəssisənin iddiası müqavilənin ləğv edilməsi ilə bağlıdır.

AzNews.az