Qəhvə insanları daha xoşbəxt edir - Araşdırma

28 May 2014 07:10 (UTC+04:00)
Qəhvə əhval-ruhiyyəni yaxşılaşdırır və insanın müsbət əhvalının saxlanmasına köməklik edir. Bunu 66 yaşlı insan arasında aparılan araşdırma sübut edib. Araşdırma Almaniyanın Rurskiy Universitetinin alimləri tərəfindən aparılıb.

AzNews.az-ın məlumatına görə, təcrübənin gedişində könüllüləri 2 qrupa bölüblər. Birinci qrupun iştirakçılarına hər gün 2 fincan qəhvə verilib. Onların ikinci qrupdan olan yoldaşlarına isə qəhvə zənn etdikləri başqa içki təqdim olunub. Onlar həmçinin vizual testdən keçməli olublar. Nəticədə, bəlli olub ki, qəhvəni qəbul edənlər tapşırıqların öhdəsindən 7% daha yaxşı gəliblər. Bununla yanaşı onlar özlərini ikinci qrupdakılara nisbətən daha xoşbəxt hiss ediblər.

Alimlərin fikrincə, qəhvə beynin müsbət emosiya yaradan hissəsinə təsir edir. Həmçinin, kiçik dozalarda olan qəhvə düşüncə və davranış reaksiyaların sürətinin artmasına da təsir edir.

Aydan Axundova
AzNews.az