Prezident 4 nəfərə Azərbaycanın Dövlət Mükafatını verdi -SİYAHI

27 May 2014 17:33 (UTC+04:00)
Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları təqdim edilib.

Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" monoqrafiyasına görə Tofiq Nağıyevə və "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.