Prezident Şəkiyə 2 milyon manat ayırdı

4 Sentyabr 2012 20:14 (UTC+04:00)
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərə sərəncam verib.

Sentyabrın 4-də imzalanmış sərəncamla 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılır.

AzNews.az