Ərdoğan danışdı, keçmiş nazir yumruqladı - VİDEO

28 May 2014 08:00 (UTC+04:00)
Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın fikirləri keçmiş daxili işlər naziri Muammer Gülerin hirslənməsinə səbəb olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın "17-25 dekabr aralığında rüşvətxorluq ittihamı ilə cinayət işi açanlar cavab verməli olacaqlar" deməsindən sonra keçmiş nazir hirsini masanı yumruqlamaqla soyutmağa çalışıb.

Qeyd edək ki, Muammer Gülərin oğlu da həmin ərəfədə həbs olunanlar arasında idi. O, məhz buna görə vəzifəsindən istefa vermişdi.


İntiqam Valehoğlu
AzNews.az