Ramil Səfərov ata oldu

28 May 2014 17:20 (UTC+04:00)

AzNews.az azvision-a istinadən xəbər verir ki, R.Səfərovun qızı olub.

Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova ana olması ilə bağlı öz sevincini Facebook- səhifəsinə paylaşıb:

"Yaxşı ki, doğuldun sevimli Cümhuriyyət, yaxşı ki doğuldun şirin mələyim. Yaxşı ki varsan mənə dünyanın ən gözəl duyğusunu yaşadan kişi".

Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.