Gəncədə qanlı insident

29 May 2014 07:08 (UTC+04:00)
Gəncə şəhəri dəmir yol vağzalı ərazisində mayın 28-i gecə saatlarında daha bir cinayət hadisəsi qeydə alınıb.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Miroşniçenko Pavel Andreyyeviç sərxoş vəziyyətdə bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının tarvmatologiya şöbəsinə gətirilib. Xəstəyə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

AzNews.az