“Skype“dan yeni funksiya
29 May 2014 08:15 (UTC+04:00)
Skype İnternet telefoniya xidmətində hər kəsi heyrətləndirəcək funksiya yaradılıb. Milli.Az xəbər verir ki, bu funksiya vasitəsi ilə bir-birinin dilini bilməyən insanlar rahatlıqla ünsiyyət qura biləcəklər. "Skype Translator" (tərcüməçi) funksiyası real zaman çərçivəsində nitqi müxtəlif dillərə tərcümə edə bilir.
Bu ilin sonuna qədər "Skype Translator" funksiyasını Windows 8 əməliyyat sistemində istifadə etmək mümkün olacaq. Hazırda Skype-ın tərcüməçisi 40 dili bilir.
AzNews.az