Bu rayonlarda qaz olmayacaq- SİYAHI

29 May 2014 08:23 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlər ilə əlaqədar bu gün saat 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, qaz nəqli sistemində təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar Hacıqabul rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının quraşdırılması, Tovuz şəhərində abadlıq işləri ilə bağlı 200 mm-lik polietilen qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və "Tovuz 2- ci xətt" qaz olşü qovşağından qidalanan əhali və sənaye qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar 18:00-dək Şabran rayonuna və Tovuz rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Eləcə də Xətai rayonundakı 11 saylı məktəbin qazlaşdırılması üçün çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan 16:00-dək Xətai rayonunu bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az