Rusiya Ukraynanı separatçılarla danışıqlara sövq edir

29 May 2014 09:00 (UTC+04:00)

Rusiya Ukraynadan Donbas bölgəsində antiterror əməliyyatlarını dayandırmağı tələb edib.

AzNews.az-ın məlumatına görə, bu tələblə Rusiyanın xarici işlər naziri Serqey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı çıxış edib.

S. Lavrov deyib ki, Ukraynada ümummilli dialoq təcili başlanmalıdır: "Ölkənin cənub-şərqindəki gərginliyin aradan qaldırılması üçün sülh yolu ilə nizamlanma prosesinə başlanmalıdır. Bunun üçün hakimiyyətin narazı tərəflərlə danışıqlara başlamalıdır".
S. Lavrov bu tələbini Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə də telefon söhbəti zamanı bildirib.

Rusiya XİN başçısı Ukraynanın yeni seçilmiş prezidenti Petr Poroşenko ilə danışıqlar qurmağın mümkünlüyünü və bu prosesin vasitəçilərsiz aparılmasının mümkünlüyünü də qeyd edib.
Aydan Axundova
AzNews.az