Poroşenko Obamanı görmək üçün Varşavaya gedəcək
29 May 2014 09:42 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Ukraynanın yeni prezidenti Petr Poroşenko ilə görüşəcək.
AzNews.az-ın Rusiyanın "Kommersant" qəzetinə istinadən verdiyi məlumatına görə, B. Obamanın yaxın günlərdə Avropaya səfəri başlacacaq. Prezidentlərin görüşü də bu ərəfədə - iyunun 3-də Polşanın paytaxtı Varşavada baş tutacaq.
ABŞ prezidentini ziyarət etmək üçün P. Poroşenko Varşavaya gedəcək.
Xatırladaq ki, B. Obama Avropa səfəri zamanı Polşa, Belçika, Fransada olacaq, dövlət və hökumət nümayəndələri ilə görüşəcək.
Əhməd
AzNews.az