“Nur“da silahlı insident: yaralı var

29 May 2014 10:51 (UTC+04:00)
Hacıqabulda kafedə silahlı insident olub, xəsarət alan var.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.

İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib.

Aznews.az