Qanunu “səsboğucusuna dolayan” AA seriyalı maşın – VİDEO

29 May 2014 12:19 (UTC+04:00)
Bakının mərkəzində qaydaları pozan avtomobilləri və kobud qayda pozuntularına göz yuman yol polisini əks etdirən videogörüntülər yayılıb. Oxu.az xəbər verir ki, görüntüləri radio aparıcısı Tural Yusifov sosial şəbəkədə yayıb.

Videoda qayda pozan sürücülər, qanunu kobud surətdə pozan AA seriyalı avtomobil və bütün bunlara göz yuman 10 YP 405 dövlət nömrə nişanlı yol polisini görəcəksiniz.

Qeyd edək ki, qaydaları pozan sürücüləri və yol polisini tanıtdırmaq üçün onların dövlət nömrə nişanı da göstərilib.