Zirəddin Rzayev Kristina Orbakaytenin falına baxdı

4 Sentyabr 2012 23:46 (UTC+04:00)
Zirəddin Rzayev ""Ekstrasenslər araşdırma aparır" proqramında məşhurların taleyi ilə bağlı jurnalistlərin suallarına cavab verib. Suallardan biri cəmiyyətdə sirli şəxs kimi tanınan Kristina Orbakaytenin əri Mixail Zemçov haqqında olub. Onlar bilmək istəyiblər ki, "Mişa quldurdur, yoxsa amerikalı oliqarx?"
Ekstrasensin deyib: "Mən görürəm ki, Mixailin Orbakaytedən olan övladından yaşca böyük olan bir qızı da var. Ola bilsin ki, bu birinci nikahından dünyaya gəlmiş uşaqdır. Zemçov həqiqətən çox da böyük olmayan bizneslə məşğul olur. Ola bilsin ki, bu restoranlar şəbəkəsidir. O, orta sahibkardır, nə quldur, nə oliqarx deyil, bu dəqiqdir".

Elza
AzNews.az