Ermənistan parlamenti növbədənkənar toplanır

4 Sentyabr 2012 23:55 (UTC+04:00)


Bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müvafiq məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Növbədənkənar sessiya azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ekstradisiyası və əfv olunması ilə bağlı xüsusi bəyanatın qəbul edilməsi üçün çağırılır.

AzNews.az