Ramiz Əzizbəylinin səhhəti düzəlib - Foto

29 May 2014 20:57 (UTC+04:00)
Hazırda Xalq artisti Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir.


"Qafqazinfo"nun məlumatına görə, bu barədə onun qızı Cəlalə Əzizbəyli facebook səhifəsində məlumat yayıb. Xalq artistinin qızı R.Əzizbəylinin dostları və pərəstişkarlarına, ona mənəvi dəstək verən, dualar edən hər kəsə təşəkkür edib: "Ramiz müəllim hazırda müalicə dövründədir. Səhhəti Allaha min şükür qənaətbəxşdir, yaxşıdır. İnşallah bundan da yaxşı olacaq".