“YouTube saytının bağlanması hüquq pozuntusudur“

29 May 2014 21:27 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyənin Konstitusiya məhkəməsi qərar çıxarıb.

Məhkəmə öz qərarını hakimiyyət orqanlarına göndərəcək və bundan sonra YouTube Türkiyədə açılmalıdır.

Hökumət YouTube saytını mart ayında bağlayıb. O vaxt baş nazir Ərdoganla bağlı korrupsiya iddialarını yaymaqda YouTube-dan da istifadə olunmuşdu və Suriya ilə bağlı məxfi hökumət müzakirəsi YouTube-da yayılmışdı.

Hökumət bunları əsas gətirərək YouTube-u baglamışdı.

AzNews.az