Xərçəng xəstəsi olan qadın özünü asdı

30 May 2014 08:46 (UTC+04:00)
Şəki rayonunda intihar hadisəsi baş verib.

Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.

Rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Mərhəmət Süleyman qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Mərhəmət Rüstəmovanın üç övladının olduğu və son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az