“Yubileyimdə mənə verilən ən böyük hədiyyə...” – Baba Vəziroğlu

30 May 2014 17:38 (UTC+04:00)
Bu günlərdə 60 illik yubileyini keçirən əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ona ünvanlanan təbriklərdən danışıb. Şair bildirib ki, yubileyində dostlarından, oxucularından böyük diqqət görüb:

"60 illik yubileyimdə mənə verilən ən böyük hədiyyə oxucu məhəbbəti oldu".

Şair ona təqdim olunan hədiyyələri hələ açmadığını bildirib: "Maddiyat gözümdə deyil. Hədiyyələrə hələ heç baxmamışam. Mənim üçün əsas dostlar idi. Onların da hər biri məni bu yubileydə təbrik etdi".

Bahar
AzNews.az