Səhiyyəmizdəki problemlər Milli Məclisdə

30 May 2014 10:36 (UTC+04:00)
Millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olmasından danışıb.

"Qafqazinfo" xəbər verir ki, deputat bildirib ki, hər gün millət vəkillərinə sağlıq durumu ilə bağlı müraciət edirlər: "Onlar imkansızlıqdan şikayətlənirlər. Azərbaycanda səhiyyənin durumu yaxşı vəziyyətdə deyil. Bu neçə illər ərzində Azərbaycan vətəndaşının sağlığına qalan, bu işə ömrünü sərf edən bir nazir görməmişəm. İslahatlar aparılsa da, tibb işçilərinin maaşı azdır. Gecə-gündüz işləsələr də, orta aylıq əməkhaqqından az maaş alırlar".

AzNews.az