Azyaşlı qız qaynar suya düşərək öldü

30 May 2014 11:55 (UTC+04:00)
Lerik rayonunda azyaşlı uşaq qaynar suya düşərək ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 29-da Lerik rayonu Zərdəbərə kəndində tükürpədici bədbəxt hadisə baş verib. Belə ki, kənd sakini, azyaşlı Züleyxa Alışova evində qaynar suya düşərək ölüb.

AzNews.az