Paytaxtda silahlı insident

5 Sentyabr 2012 08:43 (UTC+04:00)


Sentyabrın 4-də saat 22 radələrində 39 yaşlı Seyyub Paşayev güllələnib. Ağır güllə yarası ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılan S.Paşayev orada ölüb. Qətldə şübhəli bilinən Teyyub adlı şəxs artıq tutulub.

Binəqədi Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə Kriminala meylli Teyyub "razborka"larda iştirak edirmiş. Odlu silahdan açılan atəş Seyyubun qarın nahiyəsindən dəyib və damarını yaralayıb. O, qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) və qanunsuz odlu silah saxlama (228) maddələri ilə cinayət işi başlanıb.

Bahadur
AzNews.az