Kəndi birləşdirən körpünü sel uçurdu- VİDEO

30 May 2014 13:16 (UTC+04:00)
Ötən gün Qubaya yağan güclü yağış çaylarda daşqına səbəb olub. Bu da fəsadsız ötüşməyib. Ağçaya gələn güclü sel nəticəsində Tülər kəndinə gedən körpü uçub.

Çay kəndin ortasından keçdiyi üçün uçan körpüdən sonra kəndin bir tərəfi ilə digər tərəfinin əlaqəsi də kəsilib.

Kənd sakinləri bildirir ki, güclü səl bir neçə mal-qaranı da aparıb.

Kəndlilər hələlik ağır yük avtomobillərindən istifadə etməklə çayı keçir. Yerli qurumlar yaranmış vəziyyətlə bağlı işlər görür.(xezerxeber)