Kadırov: “Orada 14 çeçen var”

30 May 2014 22:06 (UTC+04:00)
Çeçenistanın başçısı Ramzan Kadırov Ukraynanın cənub-şərqində 14 çeçenin olduğunu etiraf edib.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, bu haqda "RİA Novosti" xəbər yayıb.

"Ukrayna KİV-i Donetskdə çeçen xüsusi təyinatlılarının olduğunu bildirib. Bu həqiqət deyil. Bizim hesablamalarımıza əsasən, orada 14 çeçen var" - deyə, Kadırov açıqlayıb. O, əlavə edib ki, silahlı qarşıdurma nəticəsində onlardan biri həlak olub, 4-ü yaralanıb.

Xatırladaq ki, ötən gün KİV-də Ukraynanın cənub-şərqində rusiyayönlü terrorçular tərəfdə çeçenlərin döyüşdüyü və bu müddət ərzində 35-45 çeçenin meyitinin Çeçenistana aparıldığı haqda xəbər yayılmışdı

AzNews.az