Ukrayna sərhəddində döyüş
30 May 2014 22:13 (UTC+04:00)
Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Luqansk vilayətində "Dyakovo" sərhəd dəstəsi hücuma məruz qalıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna sərhədçilərinə kömək üçün hərbi aviasiya qaldırılıb.
"Təxminən 30 dəqiqə qabaq 80-ə yaxın terrorçu "Dyakovo" sərhəd xidməti şöbəsinə hücum edib", - deyə Bakı vaxtı ilə saat 22:00-də Ukrayna sərhəd xidmətinin mətbuat xidmətinin başçısı Oleq Slobodyan bildirib.
Verilən məlumata görə, seperatçılar avtomat, qumbaraatan və pulemyotlardan istifadə edir. Sərhədçilər döyüşməkdə davam edirlər.
AzNews.az