Bakıda ilk dəfə beynəlxalq idman sərgisi keçiriləcək

5 Sentyabr 2012 09:46 (UTC+04:00)
Azərbaycanda ilk dəfə olaraq idman, idman ləvazimatı və geyimi sərgisi keçiriləcək. Xəbəri AzNews.az-a Azərbaycanda sərgilərin təşkilatçısı olan "İteca Caspian LLC" şirkəti yayıb.

Məlumata görə, 4-6 dekabr tarixlərində keçiriləcək beynəlxalq sərgidə yerli şirkətlərlə yanaşı, başqa ölkələrdən olan şirkətlər də təmsil olunacaqlar.

Bahadur
AzNews.az