103-cü teatr mövsümünün repertuar planı

5 Sentyabr 2012 10:29 (UTC+04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı AzNews.az-a 103-cü teatr mövsümünün sentyabr ayı üçün repertuar planını açıqlayıb. Teatr sentyabrın 18-də tamaşaçılarını dahi bəstəkar Ü.Hacıbəylinin "Ər və arvad" tamaşası ilə salamlayacaq.

Sentyabrın 22-də C.Quliyev, Ə.Əmirlinin "Yeddi məhbusə anası", 23-də S. Ələsgərov, İ.Məlikzadənin "Hərənin öz ulduzu", 24-də N.V.Qoqolun "Evlənmə", 29-da R.Mirişli, M.Haqverdiyevin "Amerikalı kürəkən", 30-da isə R.Mirişli, M.Haqverdiyevin "Qısqanc ürəklər" tamaşaları nümayiş olunacaq.

Bahar
AzNews.az-a