ABŞ rəsmisi Ukraynadakı separatçıları "terrorçu" adlandırdı
2 İyun 2014 14:57 (UTC+04:00)
"Ukraynanın şərqində terror əlamətlərinin olduğunu görürük. Bu, təkcə Ukraynanın şərqində stabilliyi pozmur, bütün region üçün təhlükədir. Biz bu fəaliyyəti pisləyirik və ukraynalılara sərhəd ərazisini qorumağa kömək etməyə çalışırıq".
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bunu Kiyevdə səfərdə olan ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müavini Derek Şole açıqlama verib.
D.Şole bildirib ki, Ukraynanın şərqində rusiyameyilli separatçılar ölkədə birliyi pozmaq üçün kütləvi cinayətlər törədir: "ABŞ Rusiyanın Krımı işğal etməsi və Ukraynanın daxili işlərinə müdaxilə etməsini pisləyir və qəbul etmir. Biz bu böhranın sülh yolu ilə həll edilməsi vasitələrini axtarırıq. Həmçinin hesab edirik ki, Ukrayna təhlükəsizlik xidmətləri artıq zorakılıqdan qaçmaqla böyük dözümlülük və mərdlik göstərir".
D. Şole deyib ki, Ukraynanın Rusiya ilə sərhəddində hərbi hissəyə hücum faktına da münasibət bildirib: "Bu böyük narahatlıq doğurur. Baş verən hücum gələcək destabilizasiya hallarının təkrarlanmasına səbəb ola bilər. Hesab edirik ki, destabilizasiya əməlləri Rusiya tərəfindən həyata keçirilir".
Aydan Axundova
AzNews.az