Sumqayıtda traktorla gəlin gətirənlər tutuldular -VİDEO
3 İyun 2014 12:13 (UTC+04:00)
Bir neçə gün bundan öncə Sumqayıtda traktorların da qoşulduğu toy karvanı barədə sosial şəbəkələrdə videoçarx yayımlanmışdı. Videokadrda gəlin aparan maşınlarla yanaşı, 4 traktor da xüsusi bəzənilmiş formada toy karvanına qoşulmuşdu. Dünən sözügedən traktor sahibləri Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cəzalandırılıblar.
Azadxeber.net-in məlumatına görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, toy kortejinə qoşulan 4 nəfər traktor sürücüsünə məhkəmə tərəfindən 20 sutka həbs cəzası verilib.
AzNews.az