Ulduz futbolçunun prezidentlə “selfie”si- FOTO
3 İyun 2014 13:40 (UTC+04:00)
Futbol üzrə Portuqaliya yığma komandasının oyunçuları bu il Braziliyada keçiriləcək dünya çempionatından əvvəl ölkə prezidenti Antonio Silva ilə görüşüblər. AzNews.az xəbər verir ki, milli komandanın və Madrid "Real"ının lideri Kriştiano Ronaldu görüşün sonunda komanda yoldaşları və prezident Antonio Silvayla "selfie" çəkdirib. Qeyd edək ki, Ronaldonun komandası mundialda Almaniya, ABŞ və Qana ilə eyni qrupda mübarizə aparacaq.

İntiqam Valehoğlu
AzNews.az