İran yeni “S 300” raketi hazırlayır

5 Sentyabr 2012 11:30 (UTC+04:00)


İran S 300 - havadan müdafiə raketinin oxşarını hazırlamağa başlayıb. "Xatəmülənbiya" havadan müdafiə qərargahının komandıri, general Əmir Fərzad İsmaili "İSNA" xəbər agentliyinə müsahibəsində bildirib ki, yeni raketlər S 200 raketlərinın yerində quraşdırılacaq.

S 200 - havadan müdafiə raketlərinın bazasında quraşdırılacaq yeni sistem Rusiyadan alınması baş tutmayan S 300 raketlərinın bütün xüsusiyyətlərini özündə əks etdirəcək.

Xatırladaq ki, S 300 - havadan müdafiə raketlərinin İrana satılması barədə iki ölkənin hərbi qüvələri ilə müqavilə imzalanıb. Lakin BMT-nin İrana qarşı sanksiyalarından sonra Rusiya tərəfi satışdan imtina edib.

Alpər
AzNews.az