Ermənistan sürətlə boşalır: 4 ayda 41 min nəfər ölkədən gedib

3 İyun 2014 21:30 (UTC+04:00)
Bu ilin 4 ayı ərzində Ermənistanı "Zvartnos" və "Şiark" (Gümrü) aeroportlarından ölkəni tərk edənlərin sayı qayıdanların sayından 41 min nəfər çox olub. Bu barədə regnum-a Ermənistanın Mülki Aviasiya İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hesabat dövründə Ermənistana "Zvartnos" aeroportu vasitəsilə sərnişin axınında mənfi saldo 38 min, "Şirak" aeroportu üzrə isə 3 min nəfər olub – cəmi 41 min. Təbii ki, ölkəni quru və dəmir yolu ilə birdəfəlik tərk edənlər bura aid deyil.

Bu göstəricini ilə vurduqda 140-150 min nəfər edir. Emiqrasiya tempinin ildən-ilə artdığını da nəzərə alsaq, hazırkı ağır sosial-iqtisadi göstəricilərinin qalacağı təqdirdə (böyük ehtimalla qalacaq da) cırtdan Ermənistanın bir neçə ilə yalnız yaşlı əhalidən ibarət olacağını təxmin eləmək mümkündür.

Musavat.com