Mirmahmud Mirəlioğlu müavini günahlandırdı

5 Sentyabr 2012 11:45 (UTC+04:00)


Bir neçə müddətdir ki, 3 partiya - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Müsavat və Klassik Xalq Cəbhəsi partiyasının bir araya gəlməsi gündəmdir. Bu təşəbbüsü isə KXCP tərəfi irəli sürüb. Partiya funksionerləri bildirirlər ki, bu 3 partiya birləşərsə, müsbət dəyişiklik etmək olar.

Amma bu birləşməyə AXCP və Müsavat partiyası o qədər də maraqlı deyillər. Bu, onların çıxışlarında da öz əksini tapır. Diqqət çəkən məqam odur ki, aparılan müzakirələri partiyaların 2-3-cü şəxsləri həyata keçirirlər. Bunu nəzərə alıb, təşəbbüsdə iştirak edən partiyanın sədri ilə əlaqə saxladıq.

KXCP sədri Mirmahmud Mirəlioğlu AzNews.az-a bildirdi ki, əhəmiyyətsiz informasiyalardan danışmağa dəyməz: "Bu, sadəcə, müavinlər səviyyəsində aparılan müzakirələrdir. Özünüz də görürsüz ki, onların ranqında olan insanlar nə cavab verirlər. Ona görə də qoşulmaq haqqında müzakirələrin aparılması əhəmiyyətsiz bir şeydir. Bu informasiyaların dalınca getmək lazım deyil".

İlkin
AzNews.az