Əhmədinejat: «İran mafiyası bazarı dağıdır»

5 Sentyabr 2012 12:32 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejat ölkədə mafiya qruplaşmalarının olduğunu rəsmən təsdiqləyib. "Mehr" xəbər agentliyi bildirib ki, prezident İran televiziyasının 1-ci kanalına müsahibəsində maraqlı məqamlara toxunub.

Prezidentlik dönəmi başa çatdıqdan sonra xatirə yazmaqla məşğul olacağını deyən M.Əhmədinejat "İranda iqtisadi problemlərinin bir səbəbi xarici düşmənlərin təsiri olsa da, daxili mafiya qruplarının da təsiri az deyil. Belə qruplar öz siyasi və iqtisadi hədəfləri üçün İranın daxili bazarını dağıdırlar" deməklə diqqətləri üzərinə çəkib.

Prezident vurğulayıb ki, mafiya qruplaşmaları daxili bazarı dağıtdıqdan sonra hökumət əlehinə çıxış edirlər: "Son bir il yarımda hökumətin bu məsələyə təsir imkanı azalıb. Lakin biz hər halda bazarı dağıdanların adlarını xalqa açıqlayacagıq".

Alpər
AzNwes.az