Elman Abdullayev: “Ermənistan Azərbaycana qarşı təxribatlar törətməyə çalışır“

5 Sentyabr 2012 13:22 (UTC+04:00)
"Bizim üçün bir nömrəli məsələ diplomatların təhlükəsizliyidir". Bunu AzNews.az-a xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, diplomatların təhlükəsizliyi olduqca vacib məsələdir: "Onların təhlükəsizliyinin təmin olunması üçün diplomatik nümayəndələrimiz hər biri akkreditə olduğu yerlərdə daxili işlər nazirliklərinə müraciət edəcəklər və təhlükəsizliklərinin təmin olunmasını tələb edəcəklər. Xarici işlər nazirliyi olaraq, diplomatların təhlükəsizliyini təmin etməyə çalışırıq.

E. Abdullayev qeyd edib ki, Ermənistan dövləti Azərbaycana qarşı təxribatlar törətməyə çalışır: "Buna görə də Azərbaycan diplomatlarına, rəsmilərinə, vətəndaşlarına qarşı təxribat törədilərsə məsuliyyəti ermənilər daşıyacaq. Baş verəcək mənfi hadisələrə Ermənistan cavabdehdir".

İlkin
AzNews.az