Məhkəmə müəlliməni 3 min dollar cərimələdi

6 İyun 2014 08:30 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana yumurta atan və onu təhqir edən qadın barəsində məhkəmə hökm çıxarıb.

ANS PRESS-in məlumatına görə, 42 yaşlı Seçil Əsmanur adlı xanım Trabzona gedən Ərdoğanın maşın karvanına yumurta atıb.

Orta məktəbdə müəllimə işləyən Əsmanur polislər tərəfindən saxlanılıb. Onun barəsində cinayəti işi açılıb.

Məhkəmdə qadının iki il müddətində azadlıqdan məhrum edilməsi tələb edilib. Nəhayət məhkəmə hakimləri müəlliməni 3 min dollar dəyərində cərimələyib.

AzNews.az