Parisdə “Putin”in başını əzdilər – Yenə feministlər (FOTO)

6 İyun 2014 09:40 (UTC+04:00)
Parisdə yerləşən məşhur Grevin muzeyində ilginc hadisə baş verib. AzNews.az-ın məlumatına görə, "Femen" qadın-feminist hərəkatının üzvləri muzeydə Rusiya prezidenti Vladimir Putinin mum heykəlinə qarşı təcavüz ediblər. Belə ki, mühafizəçilərin diqqətindən yayınan feminist fəallar Rusiya prezidentinin mum heykəlini yerə uzadaraq, bu incəsənət nümunəsinin başını əziblər, sonra isə deşici alətlə sinə hissəsini dağıdıblar.

Putinin "qonşu"ları İspaniya kralı Xuan Karlos, ABŞ Prezidenti Barak Obama , Fransa Prezidenti Fransua Olland , Almaniya Kansleri Angela Merkel və Mərakeş kralı VI Məhəmmədin mum heykəllərinə isə toxunulmayıb.

Aydan