Nazarbayev Türkiyəni Avrasiya İttifaqına dəvət etdi
6 İyun 2014 09:59 (UTC+04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəni Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olamağa çağırıb. N.Nazarbayev Türkiyədə keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 4-cü sammitində çıxışı zamanı bəyan edib ki, rəsmi Ankara AİB-ə üzv ola bilər.
ANS PRESS-in məlumatına görə, Qazaxıstan prezidenti bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə Avrasiya İqtisadi Birliyi arasında heç bir ziddiyyət yoxdur: "AİB digər ölkələrin üzv olmasına hər zaman hazırdır. Məsələn, Türkiyə və digər ölkələr gələcəkdə birliyə assosiativ üzv ola bilər".
Xatırladaq ki, mayın 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı müqavilə imzalayab.
AzNews.az