Tiflisdən İstanbula gedən avtobus aşdı: Ölən var - Video

6 İyun 2014 12:06 (UTC+04:00)
Türkiyədə TEM şosesində avtobusun aşması nəticəsində İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Axar.az xəbər verir ki, Tiflisdən İstanbul istiqamətində hərəkət edən avtobus Bolu Dağı tunelində aşıb.

Qəzada 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölənin şəxsiyyəti isə hələlik məlum edilməyib. Hadisə yerinə gələn təcili yadım maşınları yaralıları yaxınlıqdakı xəsətəxanalara aparıb.