Bakıda Lenin və Stalinin fotoları peyda oldu - FOTOLAR

6 İyun 2014 16:19 (UTC+04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının qarşısında Stalin, Lenin və digər kommunist liderlərin şəklinin asılması, bura sovet dövrünün məşhur maşınlarının gətirilməsi ərazidən keçən adamları təəccübləndirib. İnsanlar əvvəl məsələnin nə olduğunu anlamasalar da, sonradan məlum olub ki, bu, Akademiyada çəkiləcək filmlə bağlıdır. Bütün bunlar həmin dövrü əhatə edəcək filmin dekarasiyası üçün qurulubmuş.Məlumata görə, film eks mərhum prezident Heydər Əliyev haqqındadır.